Bakıda saxlanılan Rusiya vətəndaşları ilə anaları görüşə biliblər. Bu barədə 360.ru portalına həbs olunan şəxslərdən birinin bacısı Anastasiya Bezqulaya məlumat verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bir neçə görüş təşkil olunub və bu müddətdə lazım olan əşyalar çatdırılıb: “Konsul da dəfələrlə uşaqlarla görüşüb, onların saxlanma şəraitinin yaxşı olduğunu bildirib”.
Qeyd edək ki, görüşlərin təşkilində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəxsən iştirak edib.
Xatırladaq ki, iyulun 1-də Bakıda 8 Rusiya vətəndaşı narkotik vasitələrin İrandan tranzit yolu ilə keçirilməsi, onlayn satış və kiberdələduzluq şübhəsi ilə saxlanılıb.
Natiq Səlim,
KONKRET.az