Bakıda şəhidlərin xatirə lövhəsinin açılışı oldubackend

Bakıda şəhidlərin xatirə lövhəsinin açılışı oldu

Bakıda Vətən müharibəsinin şəhidləri – Rəşad Asif oğlu Məmmədov, Tərlan Dərgah oğlu Atakişiyev, Ceyhun Natiq oğlu Abbasov, Əbdülrza Şamməd oğlu Rəfibəyli və Birinci Qarabağ müharibəsinin şəhidi Rəşid Əli oğlu Bağırovun xatirələri əbədiləşdirilib.

KONKRET.az xəbər verir ki, Xətai rayonunda şəhidlərin xatirə lövhəsinin açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları xatirə lövhəsinin qarşısına əklil və gül çələngləri qoyulublar.

Tədbirdə çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından, vətənpərvərliklərindən söz açıblar, onlarla bağlı xatirələrini bölüşüblər.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*