Bakıda şirkətlərdən birinin əməkdaşı iş başında vəfat edib.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 19-u saat 02 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində baş verib.
“Norm” sement şirkətində sürücü işləyən Abşeron rayon sakini 1964-cü il təvəllüdlü Səbirxan Məmmədovun meyiti idarə etdiyi “Shacman” markalı yük maşınında tapılıb.
Onun sükan arxasında infarkt keçirərək öldüyü bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.