Bakıda su borusu partladı – Bina qarşısında gölməçə yaranırbackend

Bakıda su borusu partladı - Bina qarşısında gölməçə yaranır

Bakının Xətai rayonunda yerləşən Qədir Məmmədov küçəsi 9 ünvanında su borusu partlayıb.

KONKRET.az xəbər verir ki, baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, borunun partlaması nəticəsində yüksək təzyiqlə su ətrafa yayılıb.

Binanın qarşısında böyük həcmdə su gölməçəsi əmələ gəlib. Ətrafa yayılan su binanın blokuna da daxil olub.

Sakinlərin sözlərinə görə, borunun partlaması bir neçə saat əvvəl baş versə də, hələlik müvafiq qurumlar hadisə yerinə müdaxilə etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*