Bakı təcili yardım avtomobili aşıb.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, hərəkətdə olan təcili yardım avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində təcili yardım avtomobili aşıb. Yaxınlıqdakı insanların köməyi ilə təcili yardımda olan heyət və xəstə avtomobildən çıxarılıb. Xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.