Bakıda tikilən yerüstü metro stansiyası ilə bağlı AÇIQLAMAbackend

Bakıda tikilən yerüstü metro stansiyası ilə bağlı AÇIQLAMA

Bakıda inşa edilən yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xudmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metronun Bənövşəyi xətti üzrə xidmət edəcək “Xocahəsən” elektrik deposu ilə yanaşı ərazidə yerüstü metro stansiyanun tikintisi davam edir: “Elektrik deposunda hazırda Bənövşəyi xətt üzrə artıq istismarda olan 3 stansiya üzrə hərəkət edən qatarların təmirinə, xidmət və qulluq üçün lazım olan infrastruktur və qurğuların quraşdırılmasına başlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

İkinci istiqamət isə depo ərazisində yerüstü metro stansiyasının da tikintiasi davam edir. Hazırda yerüstü stansiyanın keçidləri və platformasında inşaat normalarına uyğun olaraq işlər aparılır. Bundan əlavə, stansiyanın Xocahəsən deposundan “Avtovağzal” stansiyası tunellərinə qədər olan yol infrastrukturu qurulur. Yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq. Yerüstü metro stansiyası və deponun gələn ilin sonunda istifadəyə veriləcəyi gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*