Bakıda tikintidə bədbəxt hadisə baş verib.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Kamil oğlu Şahbazov Bakı şəhərinin ərazisində qeyri-yaşayış obyektində usta işləyərkən hündürlükdən yıxılıb.
O, aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.