Son bir il ərzində torpağın 1 sotunun qiyməti 97 min manata yaxın artıb.
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Səbail rayonundan gedir.
Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına görə, torpaq sahələrində ən yüksək bahalaşma bu rayondadır. Bu ərazidə torpağın 1 sotunun orta qiyməti son 1 ildə 29 faiz artaraq 431.743 manat olub. Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, digər yüksək artımlar həmçinin Yasamal rayonunda 26, Nəsimi rayonunda 21, Nizami rayonunda isə 19 faiz olaraq qeydə alınıb. O da qeyd olunub ki, bağ evlərinin yerləşdiyi rayonlar üzrə də 12 faiz qiymət artımı qeydə alınıb.
Vüqar Oruc əlavə edib ki, Nərimanov və Binəqədi rayonlarında da 14 faizlik artım qeydə alınıb. Müşahidə olunan artıma səbəb isə daşınmaz əmlaka olan marağın təkcə tələbat yox, həm də biznes xarakterli olmasıdır. Hazırkı qiymətlər gələcək kirayə və mənzil bazarındakı qiymətlərə də təsir göstərəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.