Son bir neçə ay ərzində paytaxt Bakıda bir neçə mərkəzi küçəsində ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı və həmin ərazilərdə əhali üçün parklar salındı. Nəzərə alsaq ki, paytaxtımız son illərdə sürətlə böyüməkdədir. Təbii ki, şəhərin ekoloji problemləri də var Ümumiyyətlə Bakının daha çox piyadayönümlü şəhərə çevrilməsi mümkündürmü? Bu istiqamətdə hansı tədbirlərin görülməsinə ehtiyac var?
KONKRET.az xəbər verir ki, bu və ya digər suallarla bağlı nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfərov referans.az -a açıqlamasında bildirib ki, bəzən insanyönümlü şəhərlər ifadəsinə rast gəlirik. Demək istəyirəm ki, əslində bütün şəhərlər insanyönümlüdür. Sadəcə olaraq bir sıra şəhərlər var ki, həmin şəhərlər insanyönümlüdür. Əsasən belə şəhərlər kiçik və turistik şəhərlər olur. Bakı şəhəri hələ 100 il əvvəl piyadayönümlü olub. İndiki Malakan bağı məhz ictimai nəqliyyat olmadan sırf piyadalar üçün nəzərdə tutulub. Sonralar təxminən 40 il əvvəl isə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Fəvvarələr bağı həmçinin Nizami küçəsi sırf piyadayönümlü küçələrə çevrilib. Bu təcrübə Azərbaycanda var.
Ekspert deyib ki, Bakının müəyyən küçələrini piyadayönümlü küçələrə çevirə bilsək də ümumilikdə şəhəri tamamilə belə küçələrlə əhatə edə bilmərik. Çünki şəhər həddən artıq böyükdür və digər səbəblər var. Ümumiyyətlə yaşıllıqların salınması, parkların salınması şəhərin ekologiyasına müsbət təsir edir. Hazırda sözsüz ki, paytaxtda əsas yük ictimai nəqliyyatın üzərinə düşür. Vətəndaşların mikromobillik vasitələrindən o cümlədən skuterlərdən, kiçik mühərrikli nəqliyyat vasitələrinin stimullaşdırılmaq mümkündür.
Eldəniz Cəfərov qeyd edib ki, ictimai nəqliyyat dedikdə təkcə avtobuslar deyil həmçinin metro, qatar yolu və tramvaylar olunmalıdır. Ölkəmizdə il ərzində yalnız bir metrostansiya inşa olunur. Bu isə çox azdır. Eyni zamanda da müxtəlif marşurut xətlərinin də uzadılması bir qədər ləng gedir. Xüsusilə də Bakıda dəmiryol nəqliyyatının inkişafına ehtiyac duyulur. Tramvayların olması da şəhərin həm estetik həm də ekoloji vəziyyəti üçün yaxşı olardı.
Mütəxəssis bununla bağlı dünya praktikasından da misal çəkib. O bildirib ki, Barselona şəhərinin əsas ictimai nəqliyyatı yeraltı ictimai nəqliyyatdır. Yerüstü isə daha çox piyadayönümlüdür. Yəni həmin şəhərdə nəqliyyat qovşağı elə qurulub ki, insanlar rahatlıqla bir nöqtədən digər nöqtəyə gedə bilirlər.
Ekspert həmçinin onu da qeyd edib ki, Bakıda piyadayönümlülük üçün piyada səkilərinə xüsusi diqqət ayrılmalıdır. Təəssüf ki, Bakıda uzun illərdir ki, səkilərin çoxu zəbt edilib və üzərində sahibkarlıq obyektləri inşa olunub. Bu səbəbdən nəqliyyatda ciddi problemlər yaranıb. Buna görə ölkədə şəhərsalma idarəçiliyinin də böyük səhvləri var. Bakıdakı nizamsız tikintilər piyadalar üçün çətinliklər yaradıbdı. Sevindirici hal odur ki, son zamanlar dövlət tərəfindən daha çox parkların salınması və küçələrin piyadalar üçün nəzərdə tutulması istiqamətində ciddi işlər görülür.