Bakıda Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın söndürülüb.
FHN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 300kv.m. sahədə təkər və məişət tullantıları yanıb.
Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.