Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yaşayış binasında baş verən yanğın söndürülüb. 

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat verib.

İlkin məlumata əsasən, yanğın 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib.

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.

***

17:13

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binası yanır.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir, yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*