Bakıda yaşayış binasında yaranmış təhlükə aradan qaldırıldı – FHNbackend

Bakıda yaşayış binasında yaranmış təhlükə aradan qaldırıldı - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərrikinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az FHN-ə istinadən xəbər verir.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*