Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir? – VİDEObackend

Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir? - VİDEO

Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlməz qoxu şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, bu qoxu günün müxtəlif saatlarında aydın hiss olunur: “Müşfiqabad qəsəbəsində pis qoxular gəlir, rahat gəzə bilmirik”.

Mütəxəssislər isə bildirib ki, problemin əsas səbəbi Bakıda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Bununla yanaşı, uzun illərdir ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Bu səbəbdən illərlə dənizə axıdılan çirkab suların qalıqları üzə çıxmağa başlayıb.

Ekoloq Sadiq Həsənov isə məsələni belə şərh edib: “Günəşin sürətli təsiri ilə ultrabənövşəyi şüalar parçalanır və maddələr yaranır. Bu zaman ətrafa xoşagəlməz qoxu yayılır. Xüsusilə Bakının bir çox kəndlərində, məsələn, Türkan, Zirə, Mərdəkan və bir sıra yerlərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu da birbaşa dənizə axıdılır. İnsana təmas edəndə isə bir sıra xəstəliklər yaradır. Üzvü maddələrin parçalanmasından əmələ gələn bu qazlar zəhərlidir. İnsanın həm göz nahiyəsinə, həm nəfəs borusuna, həm də digər orqanlarına müəyyən qədər zəhərli təsirini göstərə bilər”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən paytaxtdakı mövcud kanalizasiya sisteminin əhalinin tullantı yükünü daşıması ilə bağlı sorğuya belə cavab verilib: “Su şəbəkələri qurularkən ərazinin relyefi orada yaşayan abonentlərin sayı nəzərə alınaraq layihə tərtib olunur. Sovet dövründə tikilmiş kanalizasiya şəbəkələri o dövrün əhalisinə uyğun planlaşdırılıb.

Lakin hazırda bir çox ərazilərdə əhali sayının və yeni tikililərin artması sistemə əlavə yük olur. Bu səbəbdən köhnə şəbəkələrdə bəzən daşmalar, qoxular və ya xəttin tıxanması kimi problemlər özünü büruzə verir. Bundan əlavə bu gün şəbəkələrdə qeyri-qanuni qoşulmalar var. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb.Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*