Bakıda yeni radar quraşdırıldı – VİDEObackend

Bakıda yeni radar quraşdırıldı - VİDEO

Bakıda yeni radar cihazı quraşdırılıb.

KONKRET.az Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər’” istiqamətində yolun sağ tərəfində qoyulub.

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

Ekspert deyir ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir.

Sözügedən radarın quraşdırılmasını sürücülər birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusunun hələlik test mərhələsində olduğunu və ona görə də heç bir cərimə qeydə almadığını bildirib.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*