Bakıda yol qəzasında xəsarət alan şəxs 18 gün sonra öldübackend

Bakıda yol qəzasında xəsarət alan şəxs 18 gün sonra öldü

Bakıda yol qəzasında xəsarət alan şəxs 18 gün sonra ölüb.

KONKRET.az xəbər verir ki, avqustun 15-də Rəhimov Məhərrəm Rəhim oğlunun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil hərəkətdə olarkən Hüseynov Bəxtiyar Fərhad oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2106” markalı avtomobildə olan sərnişin Hüseynov Fərhad Bəxtiyar oğlu aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, F.Hüseynov ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*