Bakıda yolda faciə: bir ailənin 4 üzvü öldü – ADLARbackend

Bakıda yolda faciə: bir ailənin 4 üzvü öldü - ADLAR

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. “VAZ-2105″lə BMW markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər – 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*