Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Dərnəgül yolu adlanan ərazinin yaxınlığında, tunelin girişində yük avtomobili aşıb.
Hadisə nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.
Qəza nəticəsində yol bağlanıb, sıxlıq yaranıb.