Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı – FOTObackend

Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı - FOTO

Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşını qəzaya uğrayıb.

KONKRET.az-ın Manset.az-a istinadən məlumatına görə, Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus “Nissan Altima” markalı “10 AO 025” seriyalı xidməti maşını “Toyota Corolla” markalı avtomobil ilə toqquşub.

Nəticədə “Nissan Altima” markalı avtomobilə ciddi zərər dəyib.

Əldə etdiyimiz məlumata görə, “10 AO 025” seriyalı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur. O hadisə zamanı maşında olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*