Beynəlxalq Mətbuat Mərkəzinin binasında tələbələrin liftə minməsinə icazə verilmir.
KONKRET.az-ın məlumatına görə, TNS xəbər verir ki, Mətbuat prospekti 23 ünvanında yerləşən binada liftin girişində bununla bağlı xəbərdarlıq edilib.
“Tələbələrin liftə girişi qəti qadağandır!” – deyə xəbərdarlıqda vurğulanıb.
Qeyd edək ki, həmin binada bir neçə mətbuat orqanı, müxtəlif iş yerləri ilə yanaşı, tədris müəssisələri də fəaliyyət göstərir.
Tələbələrə niyə liftə girmək qadağan edilib? o haqda yazın.