Bakıdakı sifariş taksilərin çoxu Gürcüstan dövlət qeydiyyat nişanlıdır – Qanun POZUNTUSUbackend

Bakıdakı sifariş taksilərin çoxu Gürcüstan dövlət qeydiyyat nişanlıdır - Qanun POZUNTUSU

Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərlə paytaxt Bakı ərazisində sifariş taksi kimi fəaliyyət göstərilməsi məsələsi aktual müzakirə mövzusudur. Bildirilir ki, taksi şirkətlərinin başqa ölkəyə məxsus qeydiyyat nişanlı avtomobillərlə sərnişindaşıma həyata keçirmələri yolverilməzdir.

KONKRET.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Pravda.az-a açıqlamasında deyib ki, qanunla belə hallara icazə verilmir:

“Başqa dövlətin qeydiyyatı altında olan avtomobillər Azərbaycanda taksi fəaliyyəti göstərə, sərnişin və yükdaşımalar həyata keçirə bilməzlər. Bu, qanunla qadağan edilir. Təəssüf ki, indi bir çoxları bundan istifadə etməyə çalışırlar. Aidiyyəti qurumlar belə halları aşkar etdikdə tədbir görürlər. Lakin sürücülər nə qədər cəzalansalar da, cərimə olunsalar da, yenə də qanuna əməl etmirlər. Pandemiya dövründə Gürcüstan maşınları ilə Azərbaycana gələnlər olub. Quru sərhədlər bağlı olduğu üçün sonradan geri qayıda bilməyiblər. Ona görə də həmin şəxslər Bakıda boş dayanmırlar, taksi xidməti göstərirlər. Təbii ki, düzgün deyil. Məsuliyyət yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*