Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildibackend

Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda deyilir.

Bildirilib ki, əhalinin velosiped sürməyə marağını nəzərə alaraq, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrində mikromobillik zolaqları təşkil edilir.

“Bu, qısa məsafəyə gedən insanları tıxacda qalmaqdan da xilas edir. Bu istiqamətdə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir neçə istiqamətində velosiped yollarının təmin edilməsi işləri aparılıb.

Belə ki, Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib”, – qurumdan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*