Bakının 28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür – VİDEObackend

Bakının 28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar sökülür.

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu barədə məlumat yayıb.

Məlumata əsasən, hazırda Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən metal konstruksiyalar sökülür.

Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edək ki, sözügedən bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir (Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*