Bakının Binə qəsəbəsində işıq kəsiləcəkbackend

Bakının Binə qəsəbəsində işıq kəsiləcək

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə KONKRET.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də təmir işləri ilə əlaqədar güc artımı nəzərə alınıb, müəyyən yarımstansiyalarda təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*