“Ümumiyyətlə, Azərbaycanda elə ərazi olmayacaq ki, torpağın satış qiymətləri ensin. Bütün ərazilərdə qiymətlər artacaq. Bakı şəhəri baş planında 2040-cı ilə uyğun olaraq yeni infrastruktur dəyişiklikləri baş verəcək alt mərkəzlər nəzərdə tutulub”.
KONKRET.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib.
“Yəni şəhərin mərkəzi və mərkəzə yaxın yerlərdə deyil, ucqarlara doğru getdikcə qiymətlər artacaq. Ələt və Hövsan ərazisində təxminən 1,5 dəfə, yəni qiymətlərin 50% yüksələcəyi gözlənilir. Nərimanov rayonu ərazisində sürətli tikintilər aparıldığı üçün torpaq tapmaq çətinləşib. Bu da qiymətlərin 20-25% artacağını deməyə imkan verir”.