Bakının bu küçələrində sıxlıq varbackend

Bakının bu küçələrində sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

3. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

4. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

8. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

13. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

14. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

15. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

16. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*