Bakıdakı demokratiya fəalları, Bişkekdə lezbiyan nikahına çalışanlar, Belqradda azad mətbuat uğrunda mübarizə aparanlar və Nikol Paşinyanın maliyyə mənbəyi eynidir.
KONKRET.az xəbər verir ki, söhbət Sorosun “Açıq cəmiyyət”indən gedir. Corc Sorosun bu fondu 120-dən çox ölkədə fəaliyyət göstərir. Əsası qoyulandan – 1979-cu ildən bu yana fond öz məqsədlərinə çatmaq üçün 15 milyard dollardan çox pul xərcləyib.
Bugünlərdə fondun Amerikada demokratların üstünlüyü naminə 128 milyon pul xərclədiyi üzə çıxıb. Sorosun Baydenin təmsil olunduğu partiyaya pul xərcləməsinin təzadlı məqamları var:
✓ Demokratlar dünyada demokratik cəmiyyətlər uğrunda çalışır.
✓ ABŞ-ın son savaşları Demokrat partiyasından olan Prezidentlərin dövrünə təsadüf edir.
Bayden də demokratdır və Ukraynada qan su yerinə axır.
– Farsların pəltəkliyi olmasa, İrandakı iğtişaşları sionist oyunu yox, Soros layihəsi adlandırardılar.
– Ermənistan lideri Paşinyan Sorosun adamı olduğuna görə münaqişəyə meyillidir.
– Kapitulyant Nikolun bütün uğursuqlara rəğmən, məğrur yerimək cəhdlərinin dayaq nöqtələri var:
1. Demokratiya adı ilə insan qırğını həyata keçirən Soros fondu onu himayə edir.
2. Dünyanın ən qədim masson lojalarından olan şərqi Fransa və şərqi Belçika lojalarının təmsilçiləri, yəni fransızlar Nikolun tərəfindədir.
Azərbaycanın daxilində də Paşinyan kimi, Sorosa satılmış erməniyə oxşayan müxalifət təmsilçiləri var. Bu özünü sentyabr hadisələrində (Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma) bir daha göstərdi. Soros xətti ilə erməni kimi yaşayan azərbaycanlılar ordumuza qarşı çıxdı və Azərbaycanı ermənilərə qarşı qəddarlıqda ittiham etdi, böhtan atdı, şərlədi. Hər nə elədi. Söhbətin məğzi odur ki, onlar ermənilərin tərəfini tutdu. Rəsmi Bakı faktlar təqdim edəndən sonra Cozef Borel, Toyvo Klaar, Şarl Mişel kimi ermənipərəst siyasətçilərin mövqeyi dəyişdi. Amma Sorosun əlindən yeyən azərbaycanlılar Nensi Pelosilk, Makronluq, Anna Akopyanlıq etdilər. Soyqırımlara məruz qalsa da, sülh üçün çalışan Azərbaycanı humanist olmayan addımlarda günahlandırmaq Qarabağın ermənilərə aid olduğunu bəyan etmək rəngdə bir yalandır.
Soros azərbaycanlıları ya demokratiya ilə “miatsum”çuluğu, daşnaklığı qarışdırır, ya da elə ermənidirlər.
KONKRET.az-ın Analitik Qrupu