Bakının əsl məqsədi Ermənistanı işğalçı və terrorçu dövlət kimi təqdim etməkdir – Tatevik Ayrapetyanbackend

Bakının əsl məqsədi Ermənistanı işğalçı və terrorçu dövlət kimi təqdim etməkdir - Tatevik Ayrapetyan

COP29 başa çatdıqdan dərhal sonra Azərbaycan Qarabağın hərbi-siyasi rəhbərliyinin (?) nümayəndələrinə və Bakıda  saxlanılan digər erməni hərbi əsirlərə qarşı iş qaldırır.

KONKRET.az xəbər verir ki, bu barədə azərbaycanşünas alim Tatevik Ayrapetyan özünün Telegram kanalında yazıb..

Ekspert xatırladıb ki, Azərbaycan prokurorluğu onlara qarşı irəli sürülən ittihamları dərc edib:

“15 erməni əsirinə 2548 maddə üzrə ittiham irəli sürülüb. Onların arasında Arkadi Qukasyan, Arayik Arutyunyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Leva Mnatsakanyan, David Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Qurgen Stepanyan, Levon Balayan, Mədət Babayan, David Alaverdyan, Vasili Beqlaryan və Erik Kazaryan var.

Dərc edilmiş adlar arasında Ruben Vardanyanın adı yoxdur ki, onun işinə ayrıca baxılacağını güman etmək olar.

Bir gün əvvəl məlum olub ki, Bakı Ruben Vardanyana qarşı yeni ittihamlar irəli sürür və onu ömürlük həbs cəzasına məhkum edir. Bu ittihamlar və bütün məhkəmə prosesi gizli saxlanılır.

Daha bir epizod diqqəti cəlb edir. Azərbaycanın Baş Prokurorluğu Ermənistan Respublikasının müvafiq orqanlarını bu məsələdə əməkdaşlığa dəvət edir.

COP29-un Bakı üçün erməni hərbi əsirləri azad edilməsində bir fürsət olacağı ilə bağlı bəzi gözləntilərə baxmayaraq, İlham Əliyevin siyasətindən gözlənildiyi kimi reallıq başqa cür cərəyan edir. Bu da Azərbaycanın Ermənistanla sülh və mehriban qonşuluq münasibətləri istəmədiyinin başqa bir göstəricisidir.

Əminəm ki, bu məhkəmələr təkcə yuxarıda adları çəkilən şəxslərə qarşı deyil. Bakının əsl məqsədi Ermənistanı işğalçı və terrorçu dövlət kimi təqdim etməkdir.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Təcavüzkar və işğalçı dövlətlərin hərbi planlaşdırılmasında müəyyən məhdudiyyətlərin tətbiqinin beynəlxalq münasibətlərdə formalaşmış təcrübə olduğunu” bildirmişdi. Məsələn, bu cür tədbirlər İkinci Dünya Müharibəsindən və İraq-Küveyt müharibəsindən sonra İraqa münasibətdə tətbiq edilib. Onun sözlərinə görə, “təcavüzkar ölkə kimi Ermənistan da oxşar məhdudiyyətlərlə üzləşməlidir”.

Bu şəraitdən çıxış edərək, Ermənistan dövlət olaraq bütün mümkün vasitələrlə yuxarıda adları çəkilən şəxslərin azadlığa buraxılmasına çalışmalıdır, halbuki bunu Paşinyan hakimiyyətindən gözləmək sadəlövhlükdür”, – deyə Ayrapetyan qeyd edib.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*