Bakının mərkəzi küçəsini qarışdıran səbəb bəlli oldu – FOTOLARbackend

Bakının mərkəzi küçəsini qarışdıran səbəb bəlli oldu - FOTOLAR

Bu gün günorta saatlarında “Nizami” metrostansiyasının qarşısındakı Cəfər Cabbarlı küçəsində yerləşən işıqforların fəaliyyətində yaranan problemin səbəbi bəlli olub.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, buna həmin ərazidə elektrik kəsintisi səbəb olub:

“Qeyd olunan ərazidə işıqforların işləməməsinə səbəb onların özündə yaranan problem yox, həmin ərazidə elektrik kəsintisinin olmasıdır. Əraziyə elektrik xəttinin verilişinin bərpa edilməsi üçün aidiyyəti dövlət qurumuna məlumat verilib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları problemin qısa vaxt ərzində həll edilməsi üçün çalışırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*