Bakının mərkəzində çay evləri əxlaqsızlıq yuvalarına çevrilib – GÖRÜNTÜLƏRbackend

Bakının mərkəzində çay evləri əxlaqsızlıq yuvalarına çevrilib - GÖRÜNTÜLƏR

Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı çay evi kimi fəaliyyət göstərən iaşə obyektləri ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət ünvanlanıb.

KONKRET.az xəbər verir ki, sakinlər deyiblər ki, bu məkanlarda çalışanların qeyri-etik əməllərinin əlindən küçədən ailə-uşaqla keçmək mümkün deyil.

“Bu problem illərdir davam edir. Gecədən səhərə qədər musiqi səsi gəlir, nalayiq ifadələr, təhqirlər eşidirik. Buranı əxlaqsızlıq yuvasına çeviriblər”, – deyə sakinlər narazılıq bildiriblər.

Çəkiliş aparıldığını görən obyekt sahibləri isə çay evlərini bağlayıb ərazidən uzaqlaşmağa başlayıblar. Bir neçə dəqiqədən sonra isə ərazidəki bütün iaşə obyektlərinin işıqları sönüb, qapıları da bağlanıb.

Ətraflı süjeti təqdim edirik:

 

  • Sübhan
    Avqust 31, 2024 - 22:13

    Aaa maraqlı neceb dövlət hüquq mühafizə orqanlarının xəbəri olmayıb ki ecemide elə yerlər mövcuddur? Oranın nə yuvası olduğunu Azərbaycan bilir.ne inki Bakı

  • vuqar
    Sentyabr 1, 2024 - 12:47

    gəlin binə qəsəbəsinə ,gecələr baxın nəə qeder çay evləri var,hamısı qızlar,işdən ,karyerdən,fəhləlikdən gələn oğlanlar evlərinə gedməmiş qazancın tən yarısını bəzən hamısını qoyur o çay evində pivəyə və ağ budlu qızlara. bunun qarşısını almaq vacibdi yoxsa uçrumdu sonu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*