Bakının mərkəzində velosiped yollarının salınmasına başlanılıb – FOTObackend

Bakının mərkəzində velosiped yollarının salınmasına başlanılıb - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.

Bildirilib ki, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

“Artıq müvafiq nişanlanma işlərinə başlanılmışdır. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.

AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edir”, – deyə qurumdan məlumat verilib.

Bakının mərkəzində velosiped yollarının salınmasına başlanılıb (FOTO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*