Bakının mərkəzindəki bu mağaza Cabir İmanovun imiş – VİDEObackend

Bakının mərkəzindəki bu mağaza Cabir İmanovun imiş - VİDEO

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş.

KONKRET,az xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib.

O bildirib ki, Cabir İmanov mağazasında öz əl işlərini satırmış. 

“Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır, bizi çox erkən tərk edən Cabirim. Buradakı hər bir şey – “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar onun dizaynıdır. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır”, – deyə Bəhram Bağırzadə əlavə edib.

 

 

View this post on Instagram

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*