Bakının qəbul etməkdən imtina etdiyi ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik Laçın yolunun yaxınlığındakı Gorunzura səfər edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı çəkilən fotolarda Kaspşiki müşayiət edən ermənilər çox məyu görünürlər. Ümumiyyətlə, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin regiona belə səfərləri artıq arzuolunan deyil. Qərbin ikiüzlü diplomatlarının niyyətləri açıq-aydın ortadadır. Ona görə də Rəsmi Bakı belə səfərlərə ciddi yanaşmır.
Fotodan aydın olur ki, Anjey durbinlə həyasızcasına onun təşkilatının mövcud olduğu 28 ildə həll edə bilmədiyi, lazkin Azərbaycan Ordusunun müdaxiləsi zamanı həllini tapan münaqişə nəticəsində işğal altından azad edilmiş Laçın keçid məntəqəsinə baxır.
Natiq Səlim,
KONKRET.az