Bakının YENİ PLANI: “İsrail və İran razılaşsa, Azərbaycan bu addımı atacaq” backend

Bakının YENİ PLANI: "İsrail və İran razılaşsa, Azərbaycan bu addımı atacaq" 

İran prezidenti Məsud Pezeşkiandan sonra İsrail baş naziri Netanyahu da Bakıya gələcək. Bu səfərlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs görəsən, Azərbaycan, İran və İsrail arasında barışdırıcı rol oynaya və bu əbədi-əzəli rəqiblər arasındakı gərginliyi yumşalda bilərmi?

Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:

Ermənistanın bu məsələlərdə ayaq dirəməsi iki səbəbdən qaynaqlanır”- Oqtay  Qasımov ŞƏRH EDİR - Editor.az

“Netanyahunun Azərbaycana səfəri kifayət qədər önəmlidir. Çünki İsrail Azərbaycanın ən yaxın tərəfdaşı statusunda olan dövlətdir. Ölkələrimiz arasında çox uğurlu təırəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan-İsrail münasibətləri örnək sayıla bilər. Eyni zamanda Azərbaycanın üzərində bir missiya da var. Bu, ondan ibarətdir ki, yaxın tərəfdaşlarımız arasındakı gərginlik və problemlərin, eləcə də ziddiyyətli məqamların həlli üçün rəsmi Bakı vasitəçilik edir. Bir vaxtlar bu addımı İsrail-Türkiyə münasibətlərinin normallaşması üçün atmışıq. Faktiki olaraq Azərbaycan son illər zidd mövqedə dayanan güclərin və dövlətlərin danışıqlar apardığı bir məkana çevrilib. Bunun əsas səbəbi Azərbaycanın həmin tərəflərlə olan yaxşı münasibətləri deyil. Həmçinin rəsmi Bakı çox rasional xarici siyasət kursu həyata keçirir. Həm də biz etibarlı tərəfdaş statusunu qazanmışıq. Azərbaycan əməkdaşlıq etdiyi ölkələrlə əlaqələrinin üçüncü dövlətlərə qarşı yönəlməsində maraqlı olmayıb. Xarici siyasətində öz maraqlarını qorumaqla yanaşı, digər tərəflərin istəklərinə də hörmətlə yanaşıb. Məhz sadiq təfəfdaşlıq statusu onu etibarlı bir dövlətə çevirib. Ona görə də, Azərbaycan İran və israil arasında münasibətlərin normallaşmasında müəyyən vasitəçilik missiyasını yerinə yetirə bilər. Əgər tərəflər buna razılıq versələr, o zaman nəticə müsbət olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*