Bakıya gələcək “Çelsi” azarkeşlərinin sayı…backend

Bakıya gələcək “Çelsi” azarkeşlərinin sayı...

İngiltərənin məşhur “Çelsi” klubunun azarkeşləri “Qarabağ”la Bakıda keçiriləcək oyuna böyük maraq göstərirlər.

KONKRET.az azerisport.com saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb.

Bildirilib ki, Böyük Britaniyadan Bakıya 1300-ə yaxın azarkeşin gələcəyi gözlənilir.

Bu da Azərbaycan klublarının iştirak etdiyi avrokubok matçlarında nadir hallarda rast gəlinən mənzərədir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-də saat 21:45-də başlayacaq. Üç turdan sonra “Çelsi” ilə “Qarabağ” hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 11-ci və 13-cü yerlərdə mövqe tutublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*