“CBC TV” Azərbaycana gələn rusiyalı turistlərin təəssüratlarını öyrənib.
KONKRET.az xəbər verir ki, onlar Bakının gözəlliyindən, təhlükəsizliyindən və qonaqpərvərliyindən bəhs ediblər.
“Biz İçərişəhərdə, Heydər Əliyev mərkəzində olduq – hər şey zəngin, təmiz, gözəl görünür. Yeməklər çox dadlıdır. Bakı pomidoru sadəcə möhtəşəmdir”, – rus turislərdən biri deyir.
İlk dəfə Bakıda olduğunu söyləyən digər qonaq isə paytaxtın atmosferini bəyəndiyini və yenidən gələcəklərini bildirib: “Harada insanlarla ünsiyyətə girirdik onların necə xeyirxah olduğunun şahidi olurduq”.
“Gəzmək, istirahət etmək təhlükəsizdir. Həmçinin şəhər çox təmizdir. Biz mütləq geri qayıdacağıq. Burada müxtəlif mədəni istirahətlər şərait yaradılıb”, – daha bir rusiyalı turis vurğulayıb.
Azərbaycan mətbəxindən danışan qonaqlardan biri qoyun ətinin Rusiyadakından daha dadlı olduğunu dilə gətirib.