İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, O.Şabanov küçəsində “BakuBus”a məxsus 120 saylı marşrut xətti üzrə hərəkət edən BMC markalı avtobusla “Ford Transit” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Ford”da daşınan meyvə-tərəvəz məhsulları yola dağılıb. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.