“BakuBus” avtobusunda həyəcanlı anlar: nə baş verib?backend

“BakuBus” avtobusunda həyəcanlı anlar: nə baş verib?

Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.

KONKRET.az bildirir ki, bu barədə Oxu.Az-a “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:

“Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*