Balakəndə ev yandıbackend

Balakəndə ev yandı

Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb.

KONKRET.az xəbər verir ki, gecə saat 02 radələrində rayonun Kortala kəndində, kənd sakini Həsən Səhəddin oğlu Osmanova məxsus, ümumi sahəsi 140 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan yoxdu.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*