Balakəndə kafeyə basqın: qadın ölümlə hədələndibackend

Balakəndə kafeyə basqın: qadın ölümlə hədələndi

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*