Balakəndə qardaş bacısına ağır XƏSARƏT YETİRDİbackend

Balakəndə qardaş bacısına ağır XƏSARƏT YETİRDİ

Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya kəsici alətlə xəsarət yetirib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qadın xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Vurğulanıb ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb və hazırda araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*