Balakəndə yaşayış evində yanğın oldubackend

Balakəndə yaşayış evində yanğın oldu

Balakəndə ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

KONKRET.az-ın məlumatına görə, Balakən rayonunun Tülü kəndində kənd sakini Ramil Loğman oğlu Bayramova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin 16 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*