Balasanyandan SƏRSƏM AÇIQLAMA: Qarabağ ermənilərinin öz ordusu olacaqbackend

Balasanyandan SƏRSƏM AÇIQLAMA: Qarabağ ermənilərinin öz ordusu olacaq

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Silahlı Qüvvələri olacaq. “Bunu heç kimin qadağan etməyə haqqı yoxdur, çünki bu, bizim təhlükəsizliyimiz üçündür”.

KONKRET.az xəbər verir ki  qondarma qurumun “Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan bunu Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində söyləyib. O əlavə edib ki, “Polis sistemində gücləndirilmiş bir tabur yaradacağıq. Bu, Milli Təhlükəsizlik Xidmətində antiterror əməliyyatları və xüsusi əhəmiyyət kəsb edən məsələlərlə məşğul olacaq”.

Qarabağın sərhədlərindən bəhs edən Balasanyan düzgün siyasi qərar verməklə hər şeyin sülh yolu ilə həll olunacağına əminliyini bildirib. “Hər şey nəzərdən keçiriləcək, əminəm ki, bu məsələləri qısa müddətdə həll edə biləcəyik. Əminəm ki, hərbi həll yolu ilə bağlı heç bir sual olmayacaqdır. Bu ehtiyacın olmaması üçün hər bir vətəndaş borcunu yerinə yetirməli və buna məsuliyyətlə yanaşmalıdır”-deyə Balasanyan bildirib.

O, sonda ordunun “güclü və mobil” olduğu təqdirdə müharibələrin olmayacağını vurğulayıb.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*