Baloğlan Əşrəfov COVID-19-a yoluxanda niyə xəstəxanaya getməyib? – Oğlu AÇIQLADI + VİDEObackend

Baloğlan Əşrəfov COVID-19-a yoluxanda niyə xəstəxanaya getməyib? - Oğlu AÇIQLADI + VİDEO

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov “O üz” proqramında qonaq olub.

KONKRET.az xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:

“Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürdük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm”.

Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*