“Bandotdel” Quba və Qusarda əməliyyat keçirdi – 2 nəfər həbs edildibackend

“Bandotdel” Quba və Qusarda əməliyyat keçirdi - 2 nəfər həbs edildi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qubada qanunsuz ağac kəsən işbazları saxlayıb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, əməliyyat zamanı Qusar rayonunun İmamqulukənd  və Quba rayonunun Vladimirovka ərazilərində fəaliyyət göstərən yeşik emalı sexlərinin sahibləri, Mamed və Tahir adlı şəxslər həbs edilib. Qeyd edək ki, həmin şəxslər qanunsuz yollarla meşələrdən ağac kəsib satmaq  və yaxud emal etməklə “məşhur” idilər.

C.FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*