“Bank of Baku” reklamdakı vədlərə əməl etmir? – ŞİKAYƏTbackend

“Bank of Baku” reklamdakı vədlərə əməl etmir? – ŞİKAYƏT

“Bank of Baku-nun reklamlarında vəd etdiyi şərtlər reallıqla üst-üstə düşmür və bu, istehlakçıların aldadılması deməkdir. Rəsmi olaraq 2050 AZN əmək haqqı alan şəxs olaraq, 30.000 AZN məbləğində krediti 59 ay müddətinə və 16.5% illik faizlə götürmək istədim. Bu, ayda təxminən 745 AZN ödəniş deməkdir və bu da ümumi gəlirin cəmi 36.34%-ni təşkil edir. Nə kredit tarixçəmdə gecikmə var, nə də əvvəlki öhdəliklərim qalır. Buna baxmayaraq, mənə zamin tələbi qoyuldu və hər dəfə fərqli, əsassız səbəblərlə imtina cavabı verildi”.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, sözügedən şikayət “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində məşhur olan “AzBank klubu” qrupunda dərc olunub.

Nicat Rüstəmli adlı istifadəçi qeyd edib ki, “Bank of Baku”nun reklamlarındakı “5%-dək endirim” təklifinə realda əməl olunmur:

“Bankın reklamlarında “5%-dək endirim”, “bizdən sərfəli kredit” kimi cəlbedici ifadələr səsləndirilir, amma realda bu şərtlər tətbiq olunmur. Tanış çevrəmdə də bir çox insan eyni problemlə qarşılaşıb – normal gəliri olan şəxslərə də qeyri-müəyyən cavablar verilir və sonda sadəcə vaxt itkisilə nəticələnir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*