Bank və ödəniş sistemlərində nasazlıq var – Ölkə hələ də problemi aradan qaldırmayıbbackend

Bank və ödəniş sistemlərində nasazlıq var - Ölkə hələ də problemi aradan qaldırmayıb

Avstraliyanın müxtəlif ştatlarında bəzi qurum və təşkilatların, o cümlədən bankların və aviasiya sənayesinin əməliyyat sistemlərinə təsir edən fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, bir çox sektorda əməliyyat sistemlərində fasilələr yaranıb.

Bu səbəbdən nəqliyyat, bank, ödəniş cihazlarında, hava limanlarında qeydiyyat sistemlərində, supermarketlərdə nəzarət-kassa aparatlarının əməliyyat sistemlərində, yanacaqdoldurma məntəqələrində və bir çox digər sahələrdə xəta xəbərdarlığı edilib. Sistemlər yararsız hala düşüb.

Avstraliya hökumətinin verdiyi açıqlamaya görə, problem böyük ehtimalla dünya miqyasında yaranan kəsintidən qaynaqlanır. Bildirilib ki, problemin həlli istiqamətində kibertəhlükəsizlik qurumları ilə birgə iş aparılır.

Mütəxəssislər bütün dünyada kompüter sistemlərinə təsir edən problemin Microsoft-un yaşadığı texniki problemlərdən qaynaqlandığını qiymətləndirirlər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*