Banklarda əmanəti olanlara vacib xəbər: Bu gündən yeni qərar qüvvəyə mindibackend

Banklarda əmanəti olanlara vacib xəbər: Bu gündən yeni qərar qüvvəyə mindi

“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklər ilə qüvvəyə minir. Belə ki, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir”.

Bu barədə KONKRET.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir bildirib. Millət vəkili qeyd edib ki, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa o vəsait tam olaraq sığortalanmış sayılır: “Bank müflis olan zaman isə həmin depozit tam olaraq ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır. Əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar”.

Vüqar Bayramov: | Talk show, Scenes

Vüqar Bayramov əlavə edib ki, yüksək dividend faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur: “Əgər məbləğ 100 min manatdan az, dividend faizi 12 faizdən çoxdursa, (məsələn 13 faizdirsə) o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan dividend faizini də nəzərə alması çox vacibdir. Ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*