Banqkokun mərkəzində tapançadan atəş açdıbackend

Banqkokun mərkəzində tapançadan atəş açdı

Polis Banqkokun mərkəzində tapançadan bir neçə dəfə atəş açan şəxsi tutub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Khaosod” nəşri yayıb.

Hadisə fevralın 14-də Çulalonqkorn Universitetinə yaxın ərazidə baş verib.

Mənbə bildirir ki, atəş açan şəxsin adı bəlli olub. Bu, 44 yaşlı Ekkaçay Çarueksipdir.

Şahidlərin sözlərinə görə, Ekkaçay tapançadan havaya 50-yə yaxın atəş açıb, lakin bəzən silahı yoldan keçənlərə də tuşlayıb.

Polisin məlumatına görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*