Baqrat Qalstanyan Araik Arutyunyanı MƏHKƏMƏYƏ VERDİbackend

Baqrat Qalstanyan Araik Arutyunyanı MƏHKƏMƏYƏ VERDİ

Erməni arxiyepiskopu Baqrat Qalstanyan Araik Arutyunyana qarşı məhkəmə iddiası qaldırıb.

KONKRET.az xəbər verir ki, Ermənistanın baş nazirinin aparat rəhbəri Araik Arutyunyan arxiyepiskop Baqrat Qalstanyanın məhkəmə iddiası ilə üzləşib. Bu barədə məlumatı hüquq müdafiəçisi Ovanes Xudoyan sosial şəbəkədə paylaşıb.

Qalstanyanın vəkili bildirib ki, buna paralel olaraq, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, İctimai Televiziyanın aparıcısı Petros Kazaryan və “Mülki Müqavilə” partiyasının deputatı Asmik Akopyana qarşı da iddialar irəli sürülüb.

Bundan əvvəl isə Bağrat Qalstanyanın hüquqşünasları səhiyyə naziri Anait Avanesyan, eyni partiyadan olan deputat Vaaan Aleksanyan və daha bir neçə ictimai-siyasi fiqura qarşı məhkəmə iddiaları qaldırıblar.

Bütün iddialar arxiyepiskopa qarşı yönəlmiş təhqir və böhtanlarla bağlıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*