“Soydaşlarımızın narahatlığını və KİV-də yayılan ziddiyyətli məlumatları nəzərə alaraq nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan profilaktik müayinə üçün İzmirlyansk Tibb Mərkəzindədir”.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Müqəddəs Mübarizə” Hərəkatı yayıb.
“Müqəddəs Ata həkimlərin nəzarəti altında sağalacaq və gələn cümə axşamı Sankt-Peterburqda həmyerliləri ilə görüşəcək”, deyə qeyd edilib.
Natiq Səlim,
KONKRET.az